İsrail ordusu Beyruta hücumları dayandırıb

Dünya

14.10.2024 - 08:26

Həkimlər Klinikalar SEO Xidməti

İsrail Hərbi Hava Qüvvələri sonuncu dəfə oktyabrın 10-da Beyrutdakı hədəfi vurub

İsrail ordusu üç gündür ki, İsrailin siyasi rəhbərliyinin göstərişi ilə Beyrutdakı “Hizbullah” hədəflərinə zərbələr endirmir. AYNA xəbər verir ki, bu məlumatı “Kan” televiziyası yayıb.

Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri sonuncu dəfə oktyabrın 10-da Beyrutdakı hədəfi vurub.

“Ynet” portalı isə yazıb ki, ABŞ Prezidenti Co Bayden oktyabrın 9-da İsrailin Baş naziri Benyamin Netanyahudan Livanın mülki əhalisinə ziyanı minimuma endirməyi xahiş etdikdən sonra Beyrutdakı hədəflərə hava hücumları İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilmir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş