İsrail Müdafiə Nazirliyi müharibənin yeni mərhələsini elan edib

Dünya

18.09.2024 - 23:41

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: "İsrail müharibənin yeni mərhələsinin başlanğıcındadır"

İsrail hərbi əməliyyatların “ağırlıq mərkəzini” şimala, Livanla sərhədə keçirir və müharibənin yeni mərhələsi başlayır.

AYNA "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib.

Y.Qalant ölkənin şimal hissəsindəki Ramat David aviabazasında hərbçilərlə görüşdə deyib ki, İsrail müharibənin yeni mərhələsinin başlanğıcındadır.

Müdafiə naziri vurğulayıb ki, şimal istiqamətində hərbi əməliyyatların məqsədi aydındır: ərazidəki yaşayış məntəqələrinin sakinlərinin təhlükəsiz şəkildə öz evlərinə qayıtması.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş