İsrail Livanla müharibəyə son qoymağın şərtlərini açıqlayıb

Dünya

21.10.2024 - 12:42

cedabet dərman SEO Xidməti

İsrail hakimiyyəti ABŞ administrasiyasını hərbi əməliyyatları dayandırmağa hansı şərtlərlə hazır olduğu barədə məlumatlandırıb

İsrail hakimiyyəti ABŞ administrasiyasını Livanla sərhəd bölgədə hərbi əməliyyatları dayandırmağa hansı şərtlərlə hazır olduğu barədə məlumatlandırıb. AYNA xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Portalın ABŞ-dakı rəsmi mənbələrinə görə, “İsrail keçən həftə Livanda müharibəyə son qoymaq və hər iki ölkənin vətəndaşlarının sərhədin hər iki tərəfindəki evlərinə qayıtmasını təmin etmək üçün diplomatik həll şərtlərini əks etdirən sənədi ABŞ-a təhvil verib.

Qeyd olunur ki, yəhudi dövlətinin şərtlərindən biri də odur ki, onun qüvvələri “Hizbullah” qüvvələrinin yenidən silahlanmasına və onların hərbi infrastrukturunun bərpasına qarşı aktiv tədbirlər görə bilsinlər. Bundan əlavə, İsrail öz hava qüvvələrinin Livanın hava məkanında sərbəst fəaliyyət göstərməsini tələb edir.

Portalın məlumatına görə, İsrailin strateji planlaşdırma naziri Ron Dermer bu sənədi Amerikanın xüsusi nümayəndəsi Amos Hokstinə təhvil verib. Sonuncunun yaxın 24 saat ərzində Beyrutda keçiriləcək danışıqlarda Livanın cənubunda atəşkəs şərtləri ilə bağlı razılaşmanı müzakirə edəcəyi gözlənilir.

“Əl Nahar” qəzetinin məlumatına görə, Hokistin bu gün Beyruta gələcək və Baş nazir Nəcib Mikati və parlament sədri Nəbih Berri ilə görüşəcək.

Amerika rəsmisi “Axios”a deyib ki, Livan və beynəlxalq ictimaiyyətin nümayəndələri çətin ki, İsrail tərəfinin tələbləri ilə razılaşsınlar.

Sentyabrın 23-də İsrail “Hizbullah” birləşmələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və Livandakı hərbi hədəflərə kütləvi hava zərbələri endirir. Sentyabrın 27-də Beyruta endirilən zərbələrdən biri “Hizbullah” lideri Həsən Nəsrullahın ölümü ilə nəticələnib. “Hizbullah” İsrailə qarşı mübarizəyə davam edəcəyini bəyan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş