“Netanyahu İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektlərinə zərbələr endirməklə danışıqları pozmaqla hədələyir”
Mayın əvvəlində İsrail ABŞ Prezidenti Donald Trampın administrasiyasını İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşdığı barədə xəbərdar edib. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb.
“İsrailin Baş naziri Benyamin Netanyahu İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektlərinə zərbələr endirməklə danışıqları pozmaqla hədələyir”, - nəşr yazıb.
Məlumata görə, Vaşinqton Tehranla sövdələşsə belə, Netanyahu İrana zərbə endirmək əmrini verə bilər.