“Müharibə qışdan əvvəl başlaya bilər”
İsrail tezliklə Livanın islamçı Hizbullah qruplaşması ilə genişmiqyaslı müharibəyə başlaya bilər. AYNA xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti İsrail ordusu və hökumətindəki mənbələrə istinadən yazıb.
Mənbələr qəzetə bildiriblər ki, “əməliyyat olmadan 4-6 həftədən çox keçsə, 2025-ci ilin yazına qədər bunu etmək qeyri-mümkün olacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaq”.
Nəşrin həmsöhbətləri etiraf ediblər ki, “müharibə qışdan əvvəl başlaya bilər, çünki soyuq mövsümdə hücum əməliyyatları aparmaq çətin ola bilər”.
Bundan əvvəl Hizbullahın baş katibi Həsən Nəsrullah İsrailə qarşı ballistik və yüksək dəqiqlikli raketlərdən istifadə etməyə hazır olduğunu açıqlamışdı.