"İsrail Prezident Aunun rəhbərliyi altında Livan hökumətinin “Hizbullah”ı tərksilah etmək qərarını alqışlayır”
İsrail Livana “Hizbullah”ı tərksilah etməkdə kömək etməyə hazırdır. AYNA.AZ xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin ofisi məlumat yayıb.
"İsrail Prezident Aunun rəhbərliyi altında Livan hökumətinin “Hizbullah”ı tərksilah etmək qərarını alqışlayır. Bu, Livanın suverenliyini bərpa etmək və dövlət institutlarını canlandırmaq üçün bir şansdır", - məlumatda qeyd edilib.
Xatırladaq ki, Livan hökuməti “Hizbullah”ı və digər silahlı qrupları ilin sonuna kimi tərksilah etmək qərarına gəlib.