Partlayışlar Es-Safira sənaye zonasında baş verib
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyanın Hələb şəhərinin cənub-şərqində yerləşən hərbi obyektlərə aviazərbələr endirib.
AYNA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, partlayışlar hərbi fabriklərin və anbarların yerləşdiyi Es-Safira sənaye zonasında baş verib.
Suriyanın “SANA” agentliyi partlayışlara səbəbin İsrailin hava hücumunun olduğunu təsdiqləyib. Digər təfərrüatlar açıqlanmır.