İsrail 95 tarixi əsəri Misirə qaytarıb

Dünya

10.12.2021 - 01:54

Həkimlər Klinikalar SEO Xidməti

Qeyri-qanuni yollarla İsrailə aparılmış tarixi əsərlər nazirə verilib

Misir qeyri-qanuni yollarla İsrailə aparılan 95 ədəd tarixi əsərin ölkəyə qaytarıldığını açıqlayıb.

AYNA-nın xəbərinə görə, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xarici işlər naziri Samih Şükri Misirə rəsmi təmaslar üçün səfər edən israilli həmkarı Yair Lapid ilə paytaxt Qahirədə görüşüb.

İkitərəfli münasibətlərin müzakirə edildiyi görüşdə Lapid əvvəllər qeyri-qanuni yollarla İsrailə aparılmış və daha sonra İsrail Qədim Əsərlər İdarəsi tərəfindən qorunub saxlanılan 95 tarixi əsəri Şükriyə verib.

Şükri İsrail hökumətinə tarixi əsərlərin geri qaytarılmasına və bu məsələdə əməkdaşlığına görə təşəkkür edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş