İspaniya xarici işlər naziri Avropa İttifaqı ordusunun yaradılmasına çağırış edib

Dünya

13.05.2026 - 12:31

“Avropalılar hər səhər ABŞ-ın bundan sonra nə edəcəyini düşünərək oyanmamalıdırlar"

“Avropa İttifaqı (Aİ) öz silahlı qüvvələrini yaratmalıdır”. AYNA.AZ-ın "Politico"ya istinadən məlumatına görə, bu açıqlamanı İspaniya xarici işlər naziri Xose Manuel Albarez verib.

O bildirib ki, birlik hərbi potensialını artırmalıdır: “Çünki avropalılar hər səhər ABŞ-ın bundan sonra nə edəcəyini düşünərək oyanmamalıdırlar".

O qeyd edib ki, İranla bağlı böhran strateji muxtariyyət baxımından Avropa üçün həlledici məqama çevrilib.

Diplomat hesab edir ki, Aİ özünü asılılıqdan azad etməlidir ki, bu da ona təzyiqə məruz qalmamağa kömək edəcək.

Eyni zamanda, Albarez vurğulayıb ki, Avropa müdafiəsini gücləndirmək cəhdləri NATO-nu zəiflətməyin yolu kimi qəbul edilməməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş