İspaniya klublarının məşqlərə başlayacağı tarix açıqlanıb

İdman

29.04.2020 - 06:36

Komandalar öz bazalarında hazırlığa başlayacaqlar

 

İspaniyada futbol klubları mayın 4-dən etibarən məşqləri bərpa edə biləcəklər.

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, bunu ölkənin baş naziri Pedro Sançes Nazirlər Şurasının bugünkü iclasından sonra deyib.

 

Hökumət rəsmisi bildirib ki, komandalar öz bazalarında hazırlığa başlayacaqlar.

 

Qeyd edək ki, İspaniyada yerli liqalar martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb.

Müəllif: Ayna.az