“Tokio-2020″nin ləğvi düşünülmür

İdman

18.04.2021 - 05:25

Tokio Yay Olimpiya Oyunlarının keçiriləcəyinə dair qətiyyətli mesaj verilib
 
"Tokio-2020"nin 23 iyul-8 avqustda keçirilməsi barədə qərar qəbul edilib 
 
AYNA xarici mediaya istinadən xəbər verir ki, Tokio Olimpiadaları və Paralimpiya Oyunları Təşkilat Komitəsinin sədri Haşimoto Seiko COVID-19 pandemiyası davam etsə də, oyunların ləğv olunma ehtimalının olmadığını bildirib. Belə ki, mətbuat konfransında Haşimoto hakim Liberal Demokrat Partiyası (LDP) icra hakimiyyətinin "pandemiyanın yayılması halında turnirin ləğv edilməsi bir seçimdir” fikrinə münasibət bildirib. COVID-19-a görə bir çox insanın Tokio Yay Olimpiya Oyunları ilə bağlı narahat olduğunu deyən Haşimoto Təşkilat Komitəsinin turniri ləğv etmək planının olmadığını deyib. Haşimoto turnirin karantin qaydalarına uyğun təşkili üçün çalışdıqlarını da qeyd edib. 
 
Qeyd edək ki, milli televiziya kanalına danışan LDP baş katibi Nikai COVID-19-a yoluxanların artmağa davam edəcəyi təqdirdə oyunların ləğvi variantını nəzərdən keçirmək lazım olduğunu qeyd edib. Nikai “Oyunlar pandemiyanın yayılmasından məsuldursa nə olacaq? Zamanı gələndə bir qərar verməliyik. Məsələn, dərhal dayanmalıyıq” deyib. 
 
24 iyul-9 avqust 2020-də keçirilməsi planlaşdırılan və pandemiya səbəbi ilə təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının 23 iyul-8 avqust tarixlərində keçirilməsinə qərar verilib.
Müəllif: Ayna.az