İsmayıllıda avtomobil qaçıran şəxs saxlanılıb

Xəbərlər

17.12.2021 - 15:44

Həkimlər Klinikalar SEO Xidməti

Saxlanılan şəxs avtomobil idarə etmək məqsədilə nəqliyyat vasitəsini qaçırdığını bildirib

İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edən vətəndaş ona məxsus “VAZ-2106” markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı nəqliyyat vasitəsi Qəbələ rayonu ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb.

Davam etdirilən tədbirlərlə avtomobili qaçıran şəxsin İsmayıllı rayonu Qalacıq kənd sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Əziz Şıxıyev olduğu müəyyən edilib. O, tutularaq istintaqa təhvil verilib.

Saxlanılan şəxs ifadəsində avtomobil idarə etmək məqsədilə nəqliyyat vasitəsini qaçırdığını bildirib. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş