İsmayıllıda 36 yaşlı qadın qətlə yetirildi: əri saxlanılıb

Hadisə

17.07.2023 - 16:29

Həkimlər Klinikalar SEO Xidməti

Arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

İyulun 17- də saat 14 radələrində İsmayıllı rayonu Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Bədəlova Aytən Etibar qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1985-ci il təvəllüdlü Bədəlov Etibar Əbülfəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş ver verib. Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş