İsmayıllıda 24 yaşlı oğlan tüfənglə özünü öldürüb

Xəbərlər

08.04.2023 - 19:56

Gəncin özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil

Bu gün İsmayıllı rayonunun Talıstan kəndində intihar hadisəsi baş verib.

AYNA “Report”a istinadən xəbər verir ki, kənd sakini, 1999-cu il təvəllüdlü Musayev Məhəmməd Mütəllim oğlu yaşadığı evdə ov tüfəngindən özünə atəş açıb.

Baş nahiyyəsindən güllə yarası alan M.Musayev hadisə yerində dünyasını dəyişib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

M.Musayevin özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş