İşlədiyi kafedən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Xəbərlər

14.07.2023 - 12:27

Obyektdən 2 580 manat pul və 4 ədəd bank kartının oğurlandığı müəyyən edilib

Qubada işlədiyi kafedən oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində oğurluq olması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus obyektdən 2 580 manat pul və 4 ədəd bank kartının oğurlandığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən həmin kafenin işçisi Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Bayraməli İsmayılov saxlanılıb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş