İrəvanda etiraz aksiyalarında 36 nəfər xəsarət alıb, saxlanılanlar var

Xəbərlər

20.09.2023 - 12:54

Həkimlər Klinikalar SEO Xidməti

Səhiyyə Nazirliyi aksiyada yaralananlarla bağlı məlumat yayıb

İrəvanda hökumət binasının qarşısında asayiş keşikçiləri ilə aksiya iştirakçıları arasında baş verən toqquşma nəticəsində 36 nəfər xəsarət alıb.

AYNA xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, üç yaralının müalicəsi davam edir.

Bir müddət əvvəl nazirlik 16-sı polis əməkdaşı, 18-i mülki şəxs olmaqla olmaqla 34 nəfərin yaralandığına dair məlumat yaymışdı.

Onlar hökumət binasının qarşısında gecə çadır qurmağa cəhd göstəriblər.

Müəllif: Ayna.az