"İrəvan və Bakı sülh müqaviləsinin bir bəndində razılığa gəliblər”

Aktual

09.12.2022 - 15:33

Qriqoryan: “Qalanları ilə bağlı dəqiq razılaşma yoxdur"

Ermənistan və Azərbaycan sülh müqaviləsinin bir bəndi üzrə razılığa gəliblər. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Bu, Vyana Konvensiyası çərçivəsində diplomatik münasibətlərin qurulmasına dair bənddir. Qalan məqamlar üzrə dəqiq razılıq yoxdur”, Qriqoryan söyləyib.

Müzakirə olunan məqamlara gəlincə, o, Qarabağ məsələsini, sərhədin delimitasiyası və demarkasiyası məsələsini, kommunikasiyaların blokdan çıxarılması və humanitar məsələləri qeyd edib.

Müəllif: Ayna.az