Avropa İttifaqı ölkələrinin XİN başçıları Qarabağı müzakirə edəcəklər

Aktual

09.10.2020 - 17:09

“Aİ-nin münaqişənin həllinə necə töhfə verə biləcəyini müzakirə edəcəyik”

 

Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsinin Xarici İşlər nazirləri Dağlıq Qarabağda baş verənləri müzakirə edəcəklər. AYNA-nın xəbərinə görə, bu barədə Aİ-nin yüksək rütbəli nümayəndələrindən biri Brüsseldə jurnalistlərə açıqlamasında deyib.

 

Müzakirə, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin Moskvada planlaşdırılan görüşünün nəticələrinə uyğun olaraq nəzərdə tutulub.

 

“Görünür, Azərbaycan və Ermənistan XİN başçıları Moskvada danışıqlar aparacaqlar. Həmin görüşün nəticələrinə baxacağıq və bazar ertəsi (12 oktyabr - red) günü Aİ-nin münaqişənin həllinə necə töhfə verə biləcəyini müzakirə edəcəyik”, - deyə qurumun nümayəndəsi vurğulayıb.

Müəllif: Ayna.az