İstehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir. AQTA-dan AYNA-ya verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində "Aqro alliaance" MMC tərəfindən İraqdan ölkəmizə idxal edilən 23,50 ton quru xurma məhsuluna baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində quru xurma məhsulunda kif göbələyi aşkarlanıb.
İstehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.