Nazirlik: "Terrorçulara qarşı mübarizə davam edəcək"
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib. AYNA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, İraqın şimalındakı Hakurk və "Pəncə-kilid" əməliyyat bölgələrində 6 PKK terrorçusu öldürülüb.
Nazirlikdən vurğulanıb ki, terrorçulara qarşı mübarizə davam edəcək.