İraq Suriyada münaqişənin şiddətlənməsi fonunda bu ölkə ilə sərhədində təhlükəsizliyi gücləndirir.
AYNA xəbər verir ki, bu barədə İraq Sərhəd Qoşunlarının komandanı Məhəmməd Əbdülvahab əl-Suaydi INA xəbər agentliyinə bildirib.
“Suriya ilə sərhədi möhkəmləndirmək üzrə işlər apardıq və orada ən yaxşı bölmələri yerləşdirdik. Sərhədlərimiz təhlükəsizdir, onların pozulması ehtimalı istisnadır”, - əl-Suaydi deyib.
Daha əvvəl İraqın müdafiə naziri Sabit Abbasi də İraq ordusunun ölkənin sərhədlərini və hava məkanını istənilən təhlükədən qorumağa hazır olduğunu vurğulamışdı.