İranlı həkimlər döyüş bölgəsində könüllü işləmək istəyirlər

Xəbərlər

21.10.2020 - 14:17

cedabet dərman SEO Xidməti

22 həkim fəaliyyət göstərmək üçün səfirliyə müraciət ediblər

 

İran həkimləri Azərbaycana könüllü olaraq gəlməyə və döyüş zonalarında yaralanan əhaliyə və hərbçilərə tibbi yardım göstərməyə hazırdır. AYNA xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, 22 iranlı həkim Azərbaycanın İrandakı səfirinə müraciət edib.

 

Müraciətdə qeyd edilib ki, İran həkimləri Azərbaycan dövlətini və xalqını yeni qələbələrlə təbrik edir, eləcə də, hərbçilərin və dinc insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verərək, Azərbaycan Ordusuna və əsgərinə yeni qələbələr arzulayır:

 

"Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan dinc əhaliyə və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik”.

 

Səfirliyin məlumatında müraciət edən həkimlərin sayının artacağı qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş