İranlı hakerlər Trampın seçki qərargahından məlumatları oğurlayıb Baydenə göndəriblər

Dünya

19.09.2024 - 15:21

Həkimlər Klinikalar SEO Xidməti

Bayden kampaniyasından heç kim bu məktublara cavab verməyib

İranlı hakerlər Donald Trampın seçki qərargahından məlumatları oğurlayaraq Co Baydenin seçki qərargahına göndəriblər. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə çərşənbə günü FTB və ABŞ kəşfiyyat agentlikləri birgə məlumat yayıb.

Birgə bəyanatda deyilir: “Hakerlər könüllü olaraq Prezident Baydenin kampaniyası ilə əlaqəli şəxslərə keçmiş Prezident Trampın kampaniyasından oğurlanmış, ictimai olmayan materialdan çıxarışları ehtiva edən elektron məktublar göndəriblər”.

Kəşfiyyat orqanlarında mövcud olan məlumata görə, Bayden kampaniyasından heç kim bu məktublara cavab verməyib.

Bütün bunlar bu ilin iyun və iyul aylarında, Bayden öz namizədliyini geri götürməzdən və onun yerinə Kamala Harris namizəd olmazdan əvvəl baş verib.

Bəyanatda həmçinin qeyd olunub ki, iyun ayından başlayaraq iranlılar Tramp kampaniyasından oğurlanmış məlumatları Amerika mətbuatına göndəriblər.

ABŞ rəsmiləri hələ avqust ayında bildirmişdilər ki, İran noyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində ABŞ-da ixtilafı artırmağa və vətəndaşların dövlət qurumlarına inamını sarsıtmağa çalışır. Amerika rəsmilərinin həmin bəyanatlarına görə, iranlılar, xüsusən də “sosial mühəndislik” üsullarından istifadə etməklə Respublikaçılar Partiyasının və Demokratlar Partiyasının qərargahına birbaşa daxil olmağa çalışıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş