İranın “müsəlman qardaşlığı” və ya siyasi həyasızlığın pikk həddi

Siyasət

05.04.2023 - 10:19

Tehran rejimi Azərbaycana qarşı bütün əndazələri aşır və unudur hər pislik mütləq özünə qayıdır

İranda deyirlər ki, yaxın qonşu uzaq qardaşdan yaxşıdır. Amma Azərbaycana gələndə İranda bu kəlamı unutmağa üstünlük verirlər. Onlar hətta səfirlərini də dəyişdirmək qərarına gəliblər. İndi Azərbaycana Dəmirçi soyadlı yeni səfir gələcək. Müctəb Dəmirçinin nələri “döyəcəyini” zaman göstərəcək, amma indi İranda Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı əsl isterika yaşanır.

Əsəbi isteriyaya səbəb İsrailin xarici işlər naziri Eli Koenin guya İrana qarşı vahid cəbhə yaratmaq üçün Azərbaycanla razılaşdıqları barədə sözləri olub. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü (XİN) Ayxan Hacızadə iranlı həmkarı Nasir Kenanini Bakıya qarşı irəli sürülən ittihamların əsassız olduğuna əmin olmaq üçün brifinqin tam videosuna baxmağa çağırsa da, iranlı diplomat yerindən tərpənmir və sevimli oyuncağı əlindən alınan uşaq kimi küskünlüklə ayaqlarını yerə döyür.

Aydındır ki, söhbət heç də İsrail XİN rəhbərinin İranla bağlı dediklərində deyil. İran hakimiyyəti bilərəkdən Azərbaycanla daha sərt qarşıdurmaya davam etmək qərarına gəlib. Kənani hətta “Azərbaycanın müsəlman qardaşlarına sionist düşmənin əsl niyyətindən xəbərdar olmalarını” tövsiyə edib. Bəs İran XİN-in spikeri müsəlman qardaşlarını xatırlaması üçün gec deyilmi?

Müsəlman qardaşları öz yurdlarından zorla qovulanda, sığınacaq və həyatdan məhrum edilən, çoxsaylı çətinliklərə məhkum olanda İran harada idi!? Və İran hərbçilərinin Birinci Qarabağ müharibəsində Azərbaycanın tərəfində vuruşması ilə bağlı saxta valı yenidən açmağa səsləndirməyə ehtiyac yoxdur. Bu, heç vaxt olmayıb. Əvəzində İran Azərbaycana qarşı təcavüz və daha sonra Azərbaycan ərazilərinin işğalı səbəbindən nəqliyyat blokadasına düşmüş Ermənistana iqtisadi yardım göstərirdi. İran bu addımı ilə dolayısı ilə Ermənistanın Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüzünü dəstəkləyib.

İran hakimiyyəti Qarabağ separatçıları ilə birbaşa əməkdaşlıq etməkdən, onlara yanacaq və digər zəruri malları çatdırmaqdan, İran şəhərlərində Qarabağdan kənd təsərrüfatı məhsullarının satıldığı yarmarkalar təşkil etməkdən belə, çəkinməyib. Hələ İslam İnqilabı Keşikçiləri Korpusunun əvvəllər işğal olunmuş Azərbaycan əraziləri vasitəsilə təşkil etdiyi narkotiklərin qanunsuz dövriyyəsini demirik.

İran hakimiyyəti erməni işğalçılarının məscidləri təhqir etməsinə göz yummağa üstünlük verib, eyni zamanda öz azərbaycanlı qardaşlarına guya böyük məhəbbət bəslədiklərini təkrarlayıb. İndi də İran hakimiyyəti həyasızcasına bu “qardaş” məhəbbətindən boğulan Azərbaycandan öz absurd ittihamına cavab istəməyə cəsarət edir.

Azərbaycan Xarici İşlər Nazirliyi absurd bəyanatları ilə suveren bir dövlətin daxili işlərinə qarışan, hansı ölkə ilə dostluq etməli olduğuna mentorluq edən İrana cavab vermək məcburiyyətində deyil. Yadıma gəlmir ki, Azərbaycan da Ermənistanla yaxın əlaqələrini İrana eyni tonda göstərsin. Lakin Bakı müvafiq nəticələr çıxarıb və indi İsraildə səfirliyini açıb.

İran hakimiyyətinin Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı aparılan istintaqın gedişi barədə Bakıya hesabat verməsinin, əsassız iddialarla çıxış etməməyinin vaxtı çatıb. Amma bunun əvəzində Kənanidən “cinayətkar sionist rejimin İslam ölkələri ilə yaxınlaşmaqda təkamül sahəsində öz ambisiyalarına nail olmaq üçün İslam ümmətində təfriqə salmaqdan başqa heç bir məqsədi yoxdur” cığallıqlı çıxışları eşidirik. Kənani İslam ümmətinin parçalanmasından danışır. Əslində isə İran İslam Respublikasının bütün mövcud tarixi onun müsəlman birliyinə gətirdiyi parçalanmadan danışır. Azərbaycan isə artıq bütün dünyaya sübut etdi ki, dostluq əlini uzadanla dost ola bilər.

Təəssüf ki, İran məmurları fars poeziyasını sevmirlər, əks halda onlar öz şanlı əcdadlarından çox faydalı şeylər öyrənə bilərdilər. Məsələn, Ömər Xəyyamdan:

Pislik etmə - bir gün mütləq qayıdacaq...

Səndən aşağı olanları alçaltma - bir gün onlara mütləq möhtac olacaqsan...

Müəllif: Asif Aydınlı