13 apreldən bəri İran yükü daşıyan 11 tanker Fars körfəzini tərk edib
İranın "kölgə donanmasına" məxsus ən azı 26 gəmi ABŞ blokadasını uğurla pozub. AYNA.AZ xəbər verir ki, bu barədə “Lloyd's List Intelligence” məlumat yayıb.
Bildirilib ki, ötən həftə blokada genişləndirildikdən bəri İranla əlaqəli 10-dan çox gəminin ABŞ-ın nəzarət xəttini keçdiyi bildirilir.
13 apreldən bəri İran yükü daşıyan 11 tanker Fars körfəzini tərk edib.
Bu arada, Yunanıstana məxsus yük gəmisi 15 apreldə İran limanından yola düşüb və 19 apreldə blokadanı keçib.
Məlumatda bildirilir ki, ABŞ hərbi qüvvələrinin 27 gəminin geri qaytarılması və İran ticarətinin "tamamilə dayandırılması" iddialarına baxmayaraq, izləmə məlumatları göstərir ki, İranla əlaqəli "kölgə donanması" gəmiləri bölgədə hərəkət etməyə davam edir.