“ABŞ hərbçiləri atəşkəsi pozaraq İran gəmisinə atəş açaraq onun naviqasiya sistemini sıradan çıxarıb”
Amerikalılar İran gəmisini atəşə tutub ələ keçirdikdən sonra İran ABŞ Hərbi Dəniz Qüvvələrinə qarşı dronlardan istifadə edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü deyib.
Bildirilib ki, “ABŞ hərbçiləri atəşkəsi pozaraq İran gəmisinə atəş açaraq onun naviqasiya sistemini sıradan çıxarıb”.
Çindən Oman körfəzinə gedən gəminin ələ keçirilməsi cəhdinə cavab olaraq İran ABŞ gəmilərinə dronlarla hücum edib. İran ABŞ-ı "piratçılıqda" günahlandırıb və oxşar Amerika hücumlarına qarşı qisas almağa davam edəcəyi ilə hədələyib.