Bu günədək 1161 nəfər təxliyə edilib
İrandan Azərbaycan və digər vətəndaşların təxliyəsi davam edir. AYNA.AZ xəbər verir ki, 28 fevral saat 8:00-dan 4 mart saat 10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olan ümumilikdə 1161 nəfər təxliyə edilib.
Onlardan 361 Çin, 246 Rusiya, 224 Azərbaycan, 99 Tacikistan, 76 Pakistan, 46 Oman, 18 Səudiyyə Ərəbistanı, 9 Gürcüstan, 7 Belarus, 6 Birləşmiş Ərəb Əmirlikləri, 6 Slovakiya, 5 Serbiya və hər birindən 4 İran, İordaniya, İsveçrə, Nigeriya və Yaponiya vətəndaşlarıdır.
Həmçinin Qətər, Banqladeş, Özbəkistan, Meksika və Filippinlərdən 3; Nepal, Qazaxıstan, Fransa, Türkiyə, Yəmən, Qırğızıstan və İtaliyadan 2 vətəndaş da var. Polşa, Tunis, Livan, Hindistan, Braziliya, Böyük Britaniya, Myanma, Maldiv adaları və Cənubi Afrikadan hər birindən bir nəfər təxliyə edilib.