Zəlzələ 23 kilometr dərinlikdə baş verib
İranın Gilan əyalətində zəlzələ baş verib. AYNA-nın məlumatına görə, yeraltı təkanlar Gilan əyalətinin Rizvanşəhr yaxınlığında 4,3 bal gücündə qeydə alınıb.
Zəlzələ yerin 23 kilometr dərinliyində baş verib.
Hələlik dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.