"Faktları araşdırmaq üçün müvafiq qurumların nümayəndələrindən ibarət komitə yaradılıb”
İranda ötən ay baş verən etirazları araşdırmaq üçün komissiya yaradılıb. AYNA.AZ İran mediasına istinadən məlumat verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani bildirib.
Mühacirani qeyd edib ki, "faktları araşdırmaq üçün müvafiq qurumların nümayəndələrindən ibarət komitə yaradılıb. Hazırda onlar sənədlər və ifadələr toplayırlar".
O əlavə edib ki, araşdırma başa çatdıqdan sonra yekun hesabat ictimaiyyətə təqdim olunacaq.