İranda sel və daşqınlarda 53 nəfər ölüb

Dünya

30.07.2022 - 01:52

Üç min nəfər müvəqqəti yaşayış yeri ilə təmin edilib

Son 7 gündə İran baş verən sel və daşqınlarda indiyədək 53 nəfər ölüb, 16 nəfər itkin düşüb.

AYNA-nın məlumatına görə, bu barədə İranın Qızıl Aypara Təşkilatı məlumat verib.

 

Məlumatda qeyd olunur ki, ölkənin 21 əyaləti daşqınlardan zərər çəkib.

Üç min nəfər müvəqqəti yaşayış yeri ilə təmin edilib, 1 300-dən çox sakin xilas edilib. Son bir həftə ərzində ölkə üzrə 687 Qızıl Aypara qrupu tərəfindən ümumilikdə 17 000 nəfərə yardım göstərilib.

Müəllif: Ayna.az