İranda məhkəmə binasına silahlı hücum olub: 5 nəfər ölüb, 13 nəfər yaralanıb

Dünya

26.07.2025 - 14:43

Hücuma görə məsuliyyəti "Ceyş əl-Ədl" qruplaşması öz üzərinə götürüb

Bu gün bir neçə naməlum şəxs İranın Sistan və Bəlucistan əyalətinin Zahedan şəhərində məhkəmə binasına hücum edərək atəş açıb. AYNA.AZ xəbər verir ki, bu barədə İranın Ədliyyə İnformasiya Mərkəzindən bildirilib.

“Tasnim”dəki mənbə qeyd edib ki, hücum edənlər iyulun 26-da səhər saatlarında binaya daxil olduqdan dərhal sonra atəş açıblar.

Agentliyin məlumatına görə, 5 nəfər ölüb, 13 nəfər yaralanıb. Yaralılar binadan çıxarılaraq xəstəxanalara aparılıb.

Bundan əlavə, hücum edənlərdən üçü öldürülüb.

Sakinlər hadisə yerindən uzaq durmağa çağırılıb.

Hücuma görə məsuliyyəti "Ceyş əl-Ədl" ("Ədalət Ordusu") qruplaşması öz üzərinə götürüb. Bu təşkilat İranda terror qruplaşması kimi tanınır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş