İranda bir ailənin 5 üzvünün asılmış halda meyiti aşkarlanıb

Dünya

09.07.2022 - 15:12

Həkimlər Klinikalar SEO Xidməti

Hadisənin bir neçə gün əvvəl baş verdiyi ehtimal edilir

İranın İsfahan əyalətinin Nəcəfabad şəhərində bir ailənin 5 üzvü özünü asaraq öldürüb.

AYNA “mehrnews”a istinadən xəbər verir ki, bu barədə İsfahan əyaləti məhkəməsinin başçısı höccətülislam Əsədullah Cəfəri bildirib.

Onun sözlərinə görə, polis zabitləri bir ailənin 5 üzvünü asılmış vəziyyətdə aşkarlayıblar:

“Meyitlərin fiziki vəziyyəti hadisənin bir neçə gün əvvəl olduğunu deməyə əsas verir”.

Meyitlər məhkəmə-tibbi ekspertizada müayinə olunur. Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş