İrana Avrasiya İqtisadi İttifaqında müşahidəçi statusu verilib

Dünya

27.12.2024 - 01:08

“İran bundan sonra bizim birləşməmizdə müşahidəçi dövlətdir”

İrana Avrasiya İqtisadi İttifaqında (Aİİ) müşahidəçi dövlət statusu verilib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə qərar İttifaqın Sankt-Peterburqda keçirilən sammitində qəbul edilib.

Kuba və Özbəkistan da Aİİ-də müşahidəçi ölkələrdir. Avrasiya “beşliyi”nə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

Avrasiya İqtisadi Komissiyasının (AİK) İdarə Heyətinin sədri Bakıtjan Saqintayev jurnalistlərə açıqlamasında deyib ki, “İran bundan sonra bizim birləşməmizdə müşahidəçi dövlətdir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş