İran vətəndaşlarının BƏƏ-yə girişi qadağan edilib

Dünya

01.04.2026 - 11:20

Qadağa iri investorlara və iş adamlarına verilən 5-10 illik yaşayış icazəsi sahiblərinə şamil edilmir

İran vətəndaşlarının Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) girişi və ya ölkənin hava limanlarında transferi qadağan edilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ərəb dövlətinin ən böyük aviaşirkəti olan “Emirates” məlumat yayıb.

Bu məlumat, Əmirliklərə giriş tələblərini yoxlamaq istəyən istifadəçilər veb saytdakı xüsusi bölmədə "milliyyət" sahəsinə "İran" daxil etdikdə görünür.

Aviaşirkətdən qeyd edilib ki, qadağa BƏƏ-nin sözdə "qızıl vizası" olan  iri investorlara və iş adamlarına verilən 5-10 illik yaşayış icazəsi sahiblərinə şamil edilmir.

BƏƏ hakimiyyəti hələlik bu məlumatla bağlı rəsmi açıqlama verməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş