“İran Fars körfəzinin cənubundakı bütün ABŞ hərbi bazalarını məhv edəcək”
“İran Fars körfəzinin cənubundakı bütün ABŞ hərbi bazalarını məhv edəcək”. AYNA.AZ-ın “Fox News”a istinadən məlumatına görə, bu sözləri Xatəm əl-Ənbiya Hərbi Komandanlığının Mərkəzi Qərargahının sözçüsü, polkovnik İbrahim Zülfəqari deyib.
"Son 24 saat ərzində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından heç bir gəminin keçməsinə imkan verməyib. Yaxın gələcəkdə ABŞ-ın cənubdakı bütün hərbi bazaları məhv ediləcək", - deyə o Vaşinqtonu hədələyib.
Zülfəqari əlavə edib ki, İran "yeni bir nizam" qurmaq niyyətindədir.