İran Prezidenti İraqa səfər edəcək

Dünya

11.09.2024 - 12:14

Həkimlər Klinikalar SEO Xidməti

Məsud Pezeşkianın səfəri üç gün davam edəcək

İran Prezidenti Məsud Pezeşkian İraqa səfər edəcək. AYNA İRNA-ya istinadən bildirir ki, Prezidentin Bağdada səfəri üç gün davam edəcək.

Bu, Pezeşkianın dövlət başçısı kimi ilk xarici səfəridir.

Səfər İraqın Baş naziri Məhəmməd Şia Əl-Sudaninin dəvəti ilə baş tutacaq.

Səfər çərçivəsində İraqın yüksək vəzifəli şəxsləri ilə bir sıra görüşlərin keçirilməsi, həmçinin əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş