İran Prezidenti: "Biz çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu"

Siyasət

09.11.2023 - 20:57

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev Daşkənddə İran Prezidenti ilə görüşüb

"Biz çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır".

AYNA xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Daşkənddə görüşü zamanı deyib.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq", - İran Prezidenti bildirib.

İ.Rəisi qeyd edib ki, İran şirkətləri Qarabağın bərpasına kömək etməyə hazırdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş