İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər

Dünya

25.05.2026 - 11:01

"İran Hörmüz boğazına qarşı istənilən təcavüzə və Fars körfəzinə müdaxiləyə sərt, ağrılı və misli görünməmiş cavab verəcək"

İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxa və dəniz blokadasını qıra biləcəyini bəyan edib. AYNA.AZ-ın İranın “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, bu Ali Rəhbərin hərbi müşaviri Möhsün Rzayi bildirib.

"İran Hörmüz boğazına qarşı istənilən təcavüzə və Fars körfəzinə müdaxiləyə sərt, ağrılı və misli görünməmiş cavab verəcək", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranın dəniz blokadasının sülh müqaviləsi imzalanana qədər davam edəcəyini bildirmişdi. O həmçinin keçmiş Prezident Barak Obamanın dövründə İranla əldə edilən nüvə sazişini tənqid etmiş və bunu "bu ölkənin tarixindəki ən pis sazişlərdən biri" adlandırmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş