İran nüvə sazişi üzrə danışıqların köhnə düsturla aparılmasına razıdır

Dünya

16.09.2024 - 13:07

Həkimlər Klinikalar SEO Xidməti

XİN başçısı: “JCPOA hələ də tərəfləri yeni sazişə istiqamətləndirə biləcək uyğun formadır”

“Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) iştirakçıları köhnə sanksiyaların ləğvi müqabilində etimad formuluna əsaslanan nüvə sazişi üzrə danışıqları bərpa edə bilərlər”. AYNA ISNA-ya istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“Əvvəla, danışıqların bərpası üçün münasib baza yaradılmalıdır. Sonra biz danışıqları keçmişdə JCPOA-da tətbiq edilmiş düstur əsasında aparacağıq”, - nazir vurğulayıb.

Bununla belə, İran XİN rəhbəri qeyd edib ki, “hər şey tərəflərin bərabərhüquqlu danışıqlar aparmaq üçün qarşılıqlı anlaşmaya nail olub-olmamasından asılıdır”.

Onun sözlərinə görə, əvvəlki düstura qayıtmaq yalnız Qərbin sanksiyalarının ləğvi müqabilində İranın nüvə proqramı ilə bağlı etimadı yaratmaqla mümkün olacaq.

Əraqçi vurğulayıb ki, nüvə sazişinin bir sıra müddəalarının köhnəlməsinə və dəyişdirilməli olmasına baxmayaraq, JCPOA hələ də tərəfləri yeni sazişə istiqamətləndirə biləcək uyğun formadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş