Prezident Məsud Pezeşkyanın onun istefasını qəbul etməsi ehtimalı çoxdur
İran Mərkəzi Bankının sədri Məhəmməd Fərzin milli valyutanın əhəmiyyətli dərəcədə zəifləməsi fonunda istefa verib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Prezident Administrasiyasının kommunikasiya üzrə müavini Məhəmməd Mehdi Təbatəbain deyib.
Onun sözlərinə görə, Prezident Məsud Pezeşkyanın onun istefasını qəbul etməsi ehtimalı çoxdur.
"Mərkəzi Bankın rəhbəri istefa verib və Prezident bununla razılaşa bilər", - deyə qeyd edib.