İntihara cəhd edən jurnalistin vəziyyəti barədə açıqlama

Xəbərlər

28.02.2023 - 16:55

Aygün Əliyevanın müalicəsi davam etdirilir

Jurnalist Aygün Əliyevanın müalicəsi davam etdirilir. AYNA xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd edilib ki, fevralın 27-i saat 11:45 radələrində dərman zəhərlənməsi diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən 1982-ci il təvəllüdlü Aygün Əliyevanın vəziyyəti stabildir. Hazırda müalicəsi davam etdirilir.

Xatırladaq ki, fevralın 27-də AZƏRTAC-ın sabiq əməkdaşı Aygün Əliyevanın intihar məqsədilə xeyli həb qəbul etdiyi barədə məlumatlar yayılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş