Onun doğum günü məclisində Həştərxan vilayətinin qubernatoru da iştirak edib
Xəbər verdiyimiz kimi, Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) şöbə müdiri intihar edib. 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlu yaşadığı evdə özünü asıb. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi cinayət işi başlanıb. İş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
AYNA BakıPost-a istinadən xəbər verir ki, Əlizadə Elmar Şamil oğlu peşəkar kadr olub. O, əvvəllər Xarici İşlər Nazirliyində, Brüsseldə Azərbaycan Nümayəndəliyində çalışıb. Bir neçə dil bilən gənc diplomat qısa zamanda böyük uğurlar əldə etsə də, bu fəaliyyətini davam etdirə bilməyib, ailə vəziyyəti ilə əlaqədar Bakıya qayıdıb. Bundan sonra Nərimanov Rayon İcra Hakimiyyətində çalışıb.
Ayna.az
Pin up casino Pin-up casino giriş