Bakı şəhərində doğulan Alina Balakadaşova qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirli bilinir
Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadını beynəlxalq axtarışa verib.
AYNA xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunub ki, 1986-cı ildə Bakı şəhərində doğulan Alina Balakadaşova qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirli bilinir.
Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub. (APA)