İngiltərə kubokunun finalçıları bəlli olub

İdman

22.04.2024 - 05:31

“Mançester Yunayted” “Koventri”ni penaltilər seriyasında məğlub edərək FA Kubokunun finalına yüksəlib

“Mançester Yunayted” “Koventri”ni məğlub edərək, İngiltərə kubokunun finalına yüksəlib.

AYNA xəbər verir ki, görüş Londonda, “Uembli” stadionunda baş tutub və mankunianların penaltilər seriyasında qələbəsi ilə yekunlaşıb.

Əsas və əlavə vaxt 3:3 hesabı ilə başa çatıb. Qaliblərin qollarını yarımmüdafiəçi Skott MakTominay, müdafiəçi Harri Maquayr və yarımmüdafiəçi Bruno Fernandes vurub. “Çempionship” klubunun qollarını hücumçu Ellis Simms, yarımmüdafiəçi Kallum O'Hare və hücumçu Heiji Rayt vurub.

Finalda “Mançester Yunayted” 1/2 finalda Londonun “Çelsi”sindən güclü olan “Mançester Siti” ilə qarşılaşacaq. Qarşılaşma mayın 25-də baş tutacaq.

Ötən mövsüm Mançesterin iki komandası da finalda çıxış edib. Sonra “şəhərlilər” qalib olublar.

Müəllif: Ayna.az