İnfantino FİFA-nın oyun təqvimi ilə bağlı tənqidlərə cavab verib

İdman

17.05.2024 - 12:16

Həkimlər Klinikalar SEO Xidməti

“FİFA-nın əldə etdiyi gəlir 211 üzv assosiasiya arasında bölüşdürülür”

Beynəlxalq Futbol Federasiyası (FİFA) klubların və milli komandaların bütün oyunlarının yalnız iki faizinə qədərini təşkil edir, gəliri isə təşkilatın 211 üzv assosiasiyaları arasında bölür. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə təşkilatın prezidenti Canni İnfantino Banqkokda keçirilən FİFA-nın 74-cü Konqresində məlumat verib.

Mayın 9-da “The Times” qəzeti yazıb ki, Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) və Dünya Liqası Forumu (WLF) Klublararası Dünya Çempionatında iştirakın artırılması ilə bağlı FİFA-nı məhkəməyə verə bilər. FIFPro və WLF qeyd edir ki, oyunçular təqvimə görə çox yorğun olurlar.

“İnsanların FİFA-nın həddən artıq çox oyun təşkil etdiyini, təqvimin dolu olduğunu söylədiklərini eşitmişəm. Amma bizim təşkil etdiyimiz oyunların əksəriyyəti yeniyetmələrə aiddir. Klublararası dünya çempionatından söz düşmüşkən, FİFA dünyanın aparıcı klublarının bütün oyunlarının yalnız bir faizini təşkil edir. Milli komandalarla bağlı da oxşar mənzərə müşahidə olunur. Düzdür, biz belə çempionatlarda iştirak edənlərin sayını artırırıq. Amma bizim payımız matçların təşkilində 1-2 faizdir, qalan bütün oyunların 98-99 faizi liqalar, assosiasiyalar tərəfindən təşkil olunur ki, bu, normaldır”, deyə İnfantino bildirib.

Onun sözlərinə görə, FİFA-nın əldə etdiyi gəlir 211 üzv assosiasiya arasında bölüşdürülür: “Əlbəttə ki, ikiqat yoxlaya bilərsiniz. Amma ümid edirəm ki, bu rəqəmlər müzakirəni dayandıra biləcəyimizi göstərir”.

Xatırladaq ki, 2025-ci ildən Klublararası Dünya Çempionatı 32 klubun iştirakı ilə yeni formatda keçiriləcək. Yarışda Avropadan 12 klub (son dörd Çempionlar Liqasının qalibi, həmçinin klub reytinqində ilk 8 yeri tutan komandalar daxil olmaqla), Cənubi Amerikadan 6, Şimali Amerika, Afrika və Asiyadan hər biri 4, Okeaniyadan 1 klub iştirak edəcək. Eləcə də ev sahibi ölkəni təmsil edən klub oynayacaq. Yeni formatda ilk Klublararası Dünya Çempionatı 2025-ci ildə ABŞ-da keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş