İmtahanlarda koronavirusa yoluxma qeydə alınmayıb - <font color=red> RƏSMİ</font>

Xəbərlər

08.09.2020 - 16:19

cedabet dərman SEO Xidməti

Məleykə Abbaszadə: “Bu proseslər zamanı karantin qaydalarına əməl olunub”

 

İyunun 1-dən etibarən Dövlət İmtahan Mərkəzi (DİM) 13 növ müxtəlif tədbirlər, imtahanlar keçirib. AYNA xəbər verir ki, bu barədə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

 

Onun sözlərinə görə, bu tədbirlər zamanı 288 min 637 nəfərə biliyin qiymətləndirilməsi üzrə xidmət göstərilib.

 

“Bu proseslər zamanı karantin qaydalarına əməl olunub və heç bir yoluxma halı baş verməyib. Bütün bu xidmətlər DİM-in 150 nəfərə yaxın əməkdaşı tərəfindən həyata keçirilib. Bu yaxınlarda keçiriləcək növbəti imtahanlarla DİM 400 minə yaxın insana biliyin qiymətləndirilməsi üzrə xidmət göstərmiş olacaq”, - deyə DİM rəhbəri qeyd edib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş