İmran Xanın partiyasının 120 fəalı həbs edilib

Dünya

05.08.2025 - 17:28

Pakistan polisi çərşənbə axşamı etiraz aksiyası keçirmək planlarına görə reydlər zamanı 120 fəalı həbs edib

Pakistan polisi çərşənbə axşamı etiraz aksiyası keçirmək planlarına görə reydlər zamanı 120 fəalı həbs edib. AYNA.AZ xəbər verir ki, bu barədə təhlükəsizlik rəsmilərinə istinadən “Reuters” məlumat yayıb.

Həbslərin əksəriyyəti ikinci ildir həbsdə olan İmran Xanın Təhrik-e-İnsaf Partiyasının indiyədək ən böyük nümayişini, eləcə də başqa yerlərdə etiraz aksiyalarını elan etdiyi şərqdəki Lahor şəhərində həyata keçirilib.

Partiyanın sözçüsü Zülfiqar Buxarinin sözlərinə görə, Lahorda azı 200 fəal həbs edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş