İmişlidə yol qəzası olub, xəsarət alanlar var

Hadisə

24.07.2024 - 20:54

Həkimlər Klinikalar SEO Xidməti

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib

İmişli rayonunda bir neçə şəxsin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Qulubəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mitsubishi” markalı minik avtomobili və “Ford” markalı yük avtomobilinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

Xəsarət alanlar - İbrahim Nizami, Atamoğlan Məmmədov və Nofəl Eyvazov İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş