İmişlidə yol qəzası olub, 4 nəfər yaralanıb

Hadisə

29.04.2024 - 23:58

Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

İmişli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə İmişli şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı minik avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az