İki nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə, İmişli rayonunun Cəfərli kəndində "ВАЗ" markalı minik avtomobilinin su kanalına düşməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yarıbatmış vəziyyətdə olan avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.